Strateji araşdırma və inkişaf üzrə baş mütəxəssis

Publik hüquqi şəxs statuslu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində* mövcud Tənzimləmə departamentinin Strateji araşdırma və inkişaf şöbəsinə Baş mütəxəssis vəzifəsinə işə qəbul ilə əlaqədar sənəd qəbulu elan edilir:

 

Namizədlərə dair tələblər:

  • İqtisadiyyat, telekommunikasiya, və ya əlaqəli sahədə ali təhsil;
  • Dövlət və ya ictimai idarəetmə üzrə magistr təhsili arzu olunandır;
  • Dövlət qurumlarında, beynəlxalq konsultasiya şirkətlərində, beynəlxalq təşkilatlatlarda və ya akademik institutlarda müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • MS Office proqramlarından mükəmməl istifadə;
  • İngilis dili və rus dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları arzuolunandır;

 

Vəzifə funksiyaları:

  • Dövlət qurumları, özəl sektor, inkişaf institutları və digər maraqlı tərəflərlə dialoqun aparılmasında aktiv töhfə vermək;
  • Telekommunikasiya sənayesinin müxtəlif layihə və proqramlarının hazırlanması və inkişaf etdirilməsində, o cümlədən strateji təşəbbüslərin hazırlanmasında iştirak etmək; 
  • Rəqabət və innovasiyaların təşviqi məqsədilə siyasət və tənzimləmə məsələləri üzrə texniki ekspertiza və analitik məlumat təqdim etmək, təhlillər aparmaq və tövsiyələr hazırlamaq;
  • İKT və innovasiyalar sahəsində dövri qlobal, regional və milli səviyyəli perspektiv və proqnoz hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Ölkədə İKT-nin inkişaf səviyyəsinin (keyfiyyət və kəmiyyət göstəriciləri üzrə) qiymətləndirilməsi üçün yeni və mövcud çərçivələrin işlənib hazırlanmasına dəstək vermək;

 

Texniki bacarıqlar:

  • Mobil şəbəkələr, sabit rabitə infrastrukturu (fiber optik, mis kabellər), simsiz texnologiyalar üzrə nəzəri biliklər – Orta səviyyədə;
  • Data Analytics və Big Data texnologiyaları - Orta səviyyədə;
  • Internet of Things (IoT) və Süni intellekt – Orta səviyyədə;
  • Cloud Computing – Orta səviyyədə;
  • Kibertəhlükəsizlik – Orta səviyyədə;

 

Digər bacarıqlar:

  • Əməkdaşlıq;
  • Məsuliyyətlilik;
  • Təkmilləşməyə meyillilik;
  • İKT sənayesi, tənzimləmə prinsipləri və innovasiya ekosistemi haqqında dərin biliklər- Yüksək səviyyədə;
  • Strateji təhlil, siyasət hazırlama və layihə idarəetmə bacarıqları – Yüksək səviyyədə;
  • Güclü analitik düşünmə, problemləri həll etmə və hesabat hazırlama qabiliyyəti – Yüksək səviyyədə;
  • Beynəlxalq təşkilatlarla və ya xarici tərəfdaşlarla iş təcrübəsi – Yüksək səviyyədə;
  • Müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurma və təqdimat bacarıqları – Yüksək səviyyədə;

Son müraciət tarixi: 25.05.2025