Telekommunikasiya və poçt xidmətləri göstərən şirkətlər qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən edirlər.

Azərbaycanda telekommunikasiya və poçt xidmətlərinin tariflərinin müəyyən edilməsində aşağıdakı dövlət qurumları iştirak edir:


İKTA, tənzimləyici qurum olaraq, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, telekommunikasiya və poçt xidmətləri sahələrinə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılması ilə bağlı, habelə bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin təkliflər verir, müvafiq sahədə razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsində iştirak edir.

● Azərbaycanda radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası

Linkə buradan keçid edin

Qərarın adı Nömrəsi Qəbul edilmə tarixi
"Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflərin tənzimlənməsi haqqında 3-27/3-7-6/2025 28.07.2025
"Telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında 3-27/3-7-7/2025 28.07.2025
“Yerüstü yayımın təmin olunması və siqnalın ötürülməsi ilə əlaqədar xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında 3-27/3-7-4/2024 20.02.2024
Universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi haqqında 3-27/3-7-1/2024 12.01.2024
Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi 1 13.01.2022
"Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında 1 03.09.2012
Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə 9 12.04.2006
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İB-nə məxsus bina, sahə və qüllələrdə kənar təşkilatlara məxsus avadanlıqların yerləşdirilməsi və xidmət göstərilməsinə görə aylıq tariflər 9 23.07.2004