Şəbəkə İnzibatçısı
Publik hüquqi şəxs statuslu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində* mövcud İnformasiya texnologiyaları departamentinin Şəbəkə inzibatçılığı və texniki dəstək şöbəsinə Şəbəkə inzibatçısı vəzifəsinə işə qəbul ilə əlaqədar sənəd qəbulu elan edilir:
Namizədlərə dair tələblər:
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi arzuolunandır;
- Şəbəkə inzibatçılığı üzrə minimum 3 il təcrübə;
- MS Office proqramlarından mükəmməl istifadə;
- İngilis dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları arzuolunandır;
- Müvafiq sahədə beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır;
Vəzifə funksiyaları:
- Şəbəkə avadanlıqlarının quraşdırılmasını və sazlanmasını optimal şəkildə həyata keçirmək, şəbəkə infrastrukturunun fasiləsiz işləməsini təmin etmək;
- Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək, şəbəkə avadanlığı və proqram təminatında baş verən dəyişikliklər və nasazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Şəbəkə dizaynını tərtib etmək, texniki tapşırıqların şəbəkə ilə əlaqədar hissəsini konkret avadanlıq siyahısına çevirmək və mövcud şəbəkə strukturunu təhlil edərək təkmilləşdirmək;
- Şəbəkə infrastrukturu və avadanlıqları üzrə texniki sənədləşməni həyata keçirmək, baş verən dəyişiklikləri və yenilənmələri qeydiyyata almaq;
- Şəbəkə fəaliyyətinə dair monitorinq və loqların düzgün aparılmasını təmin etmək, şəbəkə trafikində anomaliyaların aşkarlanması, təhlükəsizlik insidentlərinin izlənməsi və şəbəkənin təhlükəsiz, işlək və dayanıqlı qalmasını təmin etmək;
- Daimi şəbəkə problemlərini aradan qaldırmaq, proaktiv yanaşma tətbiq edərək potensial problemləri öncədən müəyyənləşdirmək və həll etmək;
- Firewall sistemlərinin konfiqurasiyasını və idarəsini həyata keçirmək, giriş nəzarəti siyasətləri (ACL, 802.1X, NAC və s.) tətbiq etməklə şəbəkə təhlükəsizliyini təmin etmək və mütəmadi olaraq zəifliklərin aradan qaldırılması üçün yeniləmələr aparmaq;
- Kompüter istifadəçilərinin şəbəkə xidmətlərindən fasiləsiz və rahat şəkildə istifadə etməsini təmin etmək, istifadəçi problemlərinə operativ dəstək vermək;
- Şəbəkə infrastrukturunda texnoloji yenilikləri tətbiq etmək, mövcud avadanlıqların yenilənməsini həyata keçirmək və texniki inkişafları izləmək;
- Şəbəkə fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq, şəbəkənin daha səmərəli işləməsi üçün təkliflər vermək və rəhbərliyə təqdim etmək;
Texniki bacarıqlar:
- Network fundamentals: DNS, DHCP, NTP, LDAP – Yüksək səviyyədə;
- Network technologies: TCP/IP, NAT, SD-WAN, 802.1X (FortiNAC, Cisco ISE, Aruba, UniFi), routing protokolları və şəbəkə topologiyaları üzrə nəzəri və praktiki bacarıqlar – Yüksək səviyyədə;
- VPN: VPN tunellərinin planlanması, təhlükəsiz qurulması və idarə edilməsi; uzaqdan qoşulma və şəbəkə resurslarına təhlükəsiz çıxışın təmin edilməsi – Yüksək səviyyədə;
- Security: NGFW (Palo Alto, FortiGate) ilə iş təcrübəsi; ACL və firewall siyasətlərinin yazılması və idarə edilməsi – Yüksək səviyyədə;
- Cloud network: Bulud şəbəkələrinin konfiqurasiyası və VPN bağlantılarının qurulması üzrə biliklər – İlkin səviyyədə;
- Network devices: Router, Switch, Load Balancer və digər avadanlıqların idarəedilməsi üzrə dərin bilik və təcrübə - Yüksək səviyyədə;
- Tools:Wireshark, Bash/Shell scripting və network mapping üzrə təcrübə - Yüksək səviyyədə;
- IP Telephony: Asterisk, 3CX və digər IP telefon sistemləri ilə işləmə bacarığı – Orta səviyyədə;
- RADIUS Server: RADIUS serverlərin qurulması, konfiqurasiyası və şəbəkə avadanlıqları ilə inteqrasiyası sahəsində bilik və təcrübə - Orta səviyyədə;
- Network monitoring: SYSLOG, SNMP kimi protokolların qurulması və PRTG, Zabbix kimi proqramlarla şəbəkənin monitorinqi üzrə bacarıqlar – Orta səviyyədə;
Digər bacarıqlar:
- Əməkdaşlıq;
- Məsuliyyətlilik;
- Analitik düşünmək bacarıqları;
- Təkmilləşməyə meyillilik;
- Detallara diqqətli olmaq;
- İnformasiya təhlükəsizliyi prinsiplərini anlama;
- İT siyasətlərə uyğun texniki sənədlərin hazırlanması;
- Şəbəkə təhlükəsizliyi üçün ən yaxşı təcrübələrin tətbiqi;
- Komandada işləmək bacarığı və məsuliyyətlilik;
Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Maraqlanan namizədlər öz CV-lərini www.icta.az saytına daxil olaraq Karyera bölməsinə keçid edərək uyğun vakansiyaya müraciət edə bilərlər.
*Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Agentlik informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir (Milli Tənzimləyici Qurum) və nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı (https://e-qanun.az/framework/52626) ilə təsdiq edilmişdir.
Son müraciət tarixi: 04.05.2025